Çərşənbə , Avqust 12 2026
azfa

İrqçi fars-molla rejimi Cənubi Azərbaycanda bombalanmış sənaye müəssisələrini bərpa etmir

GADTB: İran İslam Respublikası rəsmiləri son hücumlar zamanı zərər görmüş sənaye müəssisələrinin sürətlə bərpa edildiyini bildirərkən və Mübarəkə Polad Kompleksinin 8 saylı sobasının Sənaye Nazirliyi rəsmilərinin iştirakı ilə 45 gündən sonra yenidən istehsalata qaytarıldığını açıqlayarkən, Təbriz Bolbiring Zavodunda hələ də bərpa işlərinə başlanılmayıb.

Hava hücumları zamanı tamamilə dağıdılan Təbriz Bolbiring Zavodu ölkənin rulman istehsalı sahəsində ən mühüm sənaye müəssisələrindən biri hesab olunurdu. Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, bu strateji müəssisənin yenidən qurulması istiqamətində indiyədək nə hər hansı rəsmi proqram açıqlanıb, nə də praktik addım atılıb. Bu vəziyyət sənaye fəalları və müəssisənin işçiləri arasında ciddi narahatlıq yaradıb.

Bu günlərdə İran Prezidenti Məsud Pezeşkianın Təbrizə səfəri gözlənilir. İctimaiyyət gözləyir ki, səfər çərçivəsində Təbriz Bolbiring Zavodunun taleyi də müzakirə olunsun, hökumətin bu strateji sənaye müəssisəsinin bərpası və yenidən istehsal prosesinə qaytarılması ilə bağlı planları barədə məlumat verilsin.

Hazırda əsas sual budur ki, prezidentin Təbriz səfəri zamanı Təbriz Bolbiring Zavodunun yenidən qurulması və bu strateji sənaye sahəsinin dəstəklənməsi ilə bağlı konkret proqram açıqlanacaq, yoxsa yox?

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …