Çərşənbə axşamı , Aprel 16 2024
azfa

İrqçi fars-molla rejimi yaxaladı azərbaycanlı fəalların əmlakını müsadirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin təhlükəsizlik qüvvələri yaxaladıqları azərbaycanlı milli-mədəni fəallar Əli Vasiqi və Rza Vasiqininin iş yerində axtarış aparıb.

ETTELAAT qüvvələri iyunun 11-də gecə saat 20:00-də Vasiqi qardaşlarının reklam mağazalarına hücum edərək 30 dəqiqə müddətində axtarış aparmış, sonra fəallara məxsus kompüter və digər şəxsi əşyaları müsadirə edib.

Qeyd edək ki, Vasiqi qardaşları iyunun 10-da axşam molla rejiminin ETTELAAT qüvvələri tərəfindən öz iş yerində yaxalanmışlar.

Əli Vasiqi dünən ailəsi ilə qısa telefon əlaqəsində bildirib ki, Ərdəbildə rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlanılırlar. Onlar yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən onlara qarşı güc tətbiq edilib.

Şahidlərin bildirdiyinə görə, ETTELAAT məmurları Vasiqi qardaşlarına qarşı güc tətbiq edərək milli fəalları döyüblər. Bu isə əhalinin etirazına səbəb olub.

Azərbaycanlı fəalların nə səbəbdənyaxalandığı və harada saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.

Həmçinin yoxlayın

“Traxtur”un uduzdurulmasından ürəyi dayanan “Traxtur” tərəfdarı torpağa tapşırılıb

GADTB: “Traktor” komandası ilə İsfahanın “Zob Ahan” komandaları arasında keçirilən oyun zamanı insult keçirən və …

İran XİN: “Azərbaycanın Tehrandakı səfirliyinin diplomatik fəaliyyətinin bərpası üçün hazırlıq görülüb”

GADTB: Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani jurnalistlərlə keçiridiyi mətbuat konfransında Azərbaycanın …

Bir cavab yazın