İrqçi fars-molla rejiminə qarşı onlarla şəhər ayağa qalxdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqust ayının 2-də səhər tezdəndən gecə yarılarına qədər onlarla şəhər irqçi fars molla rejiminə qarşı ayağa qalxdı. Şiraz, İsfahan, Əhvaz, Məşhəd, İsfahanın Şapur bölgəsi, Tehran, Kərəc, Ərak, Qəhdərican, Vəraminin Qərçək bölgəsi və s. şəhərlərdə əhali rejimə qarşı etiraz aksiyası keçirdi.

Etirazçılar fars-molla rejiminə qarşı şüarlar səsləndiriblər. Etirazçılarla rejimin xüsusi qvardiyası arasında ciddi toqquşmalar baş verib. Etirazlar gecə yarısınadək davam edib.

 

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın