Cümə axşamı , May 30 2024
azfa

İrqçi fars-molla rejimin Güney Azərbaycanı müstəmləkəçi kimi talamasına etiraf- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Güney Azərbaycanı müstəmləkəçi kimi talamağa davam edir. Bu müstəmləkəçilik siyasəti o qədər kəskindir ki, rəsmilər də etiraf etməyə məcbur olurlar.

Kəleybər şəhərinin İran parlamentindəki nümayəndəsi Behnam Rizvani də bu məsələyə etiraf edərək, deyib: Azərbaycanın Vərziqan bölgəsində yerləşən və türklərə məxsus “Süngün” mis mədəninin illik gəliri 80 trilyon tümən (1 milyard 200 milyon dollar) təşkil edir və bu gəlir Kirman əyalətinə daşınır.

 “Bunun üçün heç bir əziyyət belə çəkmirlər, sadəcə xammalı TIR-lara yükləyib Kirman əyalətinə daşıyırlar”, – millət vəkili bildirib.

Onun sözlərinə görə, qanunla “Süngün” mis mədənindən əldə edilən gəlirin 10 faizi Şərqi Azərbaycan əyalətinin büdcəsinə əlavə edilməlidir,ancaq buna əməl olunmur:

“Mədənin gəlirindən Şərqi Azərbaycan əyalətinə illik 8 trilyon tümən (120 milyon dollar) verilməlidir, amma dövlət büdcəsindən əyalətə 2 trilyon tümən (30 milyon dollar) ayrılır. Hazırda Qaradağ bölgəsinin bir çox kəndləri yol, tibb mərkəzləri, məktəb, içməli su çatışmazlığından əziyyət çəkir. Sadəcə “Süngün” mis mədəninin əyalətə verilməli olan illik gəliri ilə bütün bunları həll etmək mümkündür”.

Qeyd edək ki, “Süngün” Yaxın Şərqin ən böyük mis mədənidir.

Video:

https://t.me/GADTB1/34935

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əcəbşer şəhərindən olan azərbaycanlı fəal Sina …

Molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən …