Çərşənbə , Fevral 11 2026
azfa

İrqçi fars rejim Əyyub və Davud Şiri qardaşlarını mühakimə edir

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəallar Əyyub və Davud Şiri qardaşlarını mühakimə edir. Rejim azərbaycanlı milli-mədəni fəalları şərləmiş və müxtəlif ittihamlarla məhkəməyə çəkməkdədir.

Əyyub Şiri “İctimai asayişi pozmaq” ittihamı ilə 23 iyunda 112 saylı Cinayət Məhkəməsində Pirinin sədrliyi ilə mühakimə ediləcək. O həmçinin “Sistem əleyhinə təbliğ və GAMAC-a üzvlük” ittihamı ilə rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində 14 iyulda mühakimə olunacaq.

Davud Şiri isə 24 iyunda “Sistem əleyhinə təbliğ və GAMAC-a üzvlük” ittihamı ilə rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində Həmlbərin hasədrliyi ilə mühakimə olunacaq.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın