GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, başqa xalqların ərazisini özününkü kimi qələmə verən irqçi fars rejimi Ərəb körfəzi məsələsinə görə Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası verib.
Bu məlumatı İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib. Onun sözlərinə görə, nota İranın Moskvadakı Səfirliyi vasitəsilə təqdim edilib. O, notanın verilməsinə səbəb kimi Rusiya XİN-in Tvitterdəki ərəb dilli versiyalarından birində Fars körfəzi yerinə Ərəb körfəzi ifadəsinin işlədilməsi olub.
Qeyd edək ki, İranla Ərəbistan yarımadası arasında yerləşən su hövzəsinin adı 1960-cı ildən mübahisə mövzusudur. İran rejimi başqa ölkələrin ərazisinə iddia etdiyi kimi Ərəb körfəzini də Fars körfəzi kimi qələmə verməyə çalışır.