Çərşənbə , Fevral 12 2025
azfa

İrqçi fars rejim Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi Ərdəbildə yaxalayıb.

Əvvəllər İranda Məhbusların Hüquqlarının Müdafiəsi Assosiyasının idarə heyətinin üzvü və hüquqi komitəsinin katibi olan vəkil Məhəmmədrza Fəqihi, Abbas Lisaninin hüquqlarını müdafiə etdiyi zaman yaxalanılıb. Azərbaycanlı vəkil oktyabrın 20-də rejimin Ərdəbildəki prokurorunun müavini hakim Nonəhalın çağırışı əsasında prokurorluğa müraciət etdikdən sonra yaxalanmışdır.

Azərbaycanlı vəkilin hansı səbəbdən saxlandığı hələlik məlum deyil.

Məhkəmədən vəkili azad etdirməyə cəhd göstərən azərbaycanlı milli-mədəni fəallara hələlik onun sərbəst buraxılması ilə bağlı qərar verilmədiyini bildiriblər.

Məlumata görə, Məhəmmədrza Fəqihi bu gün səhər saatlarında Ərdəbil zindanında Abbas Lisani ilə görüşüb. O fəalın barəsində çıxarılan ağır həbs qərarı ilə bağlı Ali Məhkəməyə şikayət etməyə hazırlaşdığı bir vaxtda yaxalanılıb.

Tehranda yaşayan ərdəbilli vəkil bundan əvvəl də irqçi fars rejimin məhkəmə orqanları tərəfindən təhdid edilmişdir. Ona xəbərdarlıq etmişdirlər ki, Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs cəzasına məhkum edilən azərbaycanlı fəalın hüquqlarını müdafiə etməkdən imtina etməyəcəyi təqdirdə ona qarşı tədbir görüləcək.

Həmçinin yoxlayın

Urmiya zindanında həbsdə olan azərbaycanlı siyasi fəal aclıq aksiyasını davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Beheşti Univetsitetinin Kompüter Elmləri Fakültəsinin magistr tələbəsi …

İran mediası Azərbaycanda talış dilinin zəifləməsi bəhanəsi ilə ölkənin daxili işlərinə qarışır

GADTB: IRNA xəbər verir ki, “Azərbaycanın talış dilinin qrammatikası və şimal ləhcəsi” adlı kitabın iranlı …

Bir cavab yazın