Şənbə , İyul 11 2026
azfa

İrqçi fars rejim Azərbaycana dəstək aksiyasına qatılanları yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni xristianlarını müsəlman Azərbaycan və Türkiyəyə qarşı təşkilatlandırıb mitinqə çıxaran antiislam İran rejimi erməni təcavüzünə qarşı Azərbaycana dəstək mitinqinə divan tutub. Antiislan İran rejimi Güney Azərbaycan şəhərlərinə hərbi və polis qüvvələri yeridtməklə erməni təcavüzünə qarşı Azərbaycana dəstək mitinqinə bir çox şəhərlərdə mane olub və bir sıra şəhərlərdə həyatını təhlükəyə atıb mitinqə qatılanları yaxalayıb.

Əsasən Təbriz, Urmiya və Tehran şəhərlərində onlarla azərbaycanlı fəal yaxalanıb.

Təbrizdə Azərbaycan konsulluğu qarşısında keçirilən dəstək mitinqində ən az 10 nəfər rejimin təhlükəsizlik qüvvələri tərəfindənyaxalanıb. Hələlik yaxalananlardan  Rəhim Sasanian, Həkimə Əhmədi (keçmiş siyasi məhbus), Sədulla Sasanian və Yasəmin Zəfərinin olduğu dəqiqləşdirilib.

Həmçinin iyulun 16-da günorta saatlarında rejimin Təbrizdəki ETTELAAT İdarəsinə çağırılan milli-mədəni fəal və keçmiş siyasi məhbusu Rəsul Rəzəvi  yaxalanıb və bir müddət sonra sərbəst buraxılıb.

Urmiyada isə azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar rejimin ETTELAAT İdarəsinə çağırıldıqdan sonra yaxalanıb.

Tehranda isə Ermənistan səfirliyinin qarşısındakı keçirilən aksiyada Həmid Cabbarlı yaxalanıb.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın