Şənbə , Sentyabr 7 2024
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Mürtəza Sənaini ETTELAAT-a çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəal Mürtəza Sənaini ETTELAAT İdarəsinə çağırılaraq, dindirib.

Rejim Ərdəbil sakini olan Mürtəza Sənaini çərşənbə günü dekabrın 9-da Ərdəbil kəşfiyyat idarəsinə çağırıb.

Fəalın yaxınlarının bildirdiyinə görə, fəalın ETTELAAT-a çağrılması 21 Azər hərəkatı və Pəhləvi rejiminin yenidən Güney Azərbaycsanı işğal edib soyqırım törətdiyi hadisənin yaxınlaşması ilə bağlı olub.

Qeyd edək ki, rejimin ETTELAAT məmurları bir müddət öncə də M.Sənaini Qarabağınm azad edilməsi münasibəti ilə əhali arasında şirniyyat payladığı üçün yaxalamışdı.

Mürtəza Sənai dinc fəaliyyətinə görə dəfələrlə yaxalanaraq, dindirilib.

Həmçinin yoxlayın

Səid Minai Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Səid Minai İnstaqram səhifəsində hakim Sələvati …

Molla rejimi ermənidən çox Azərbaycanala düşmən olduğu Zəngəzur dəhlizi məsələsində sübut edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ermənidən çox Azərbaycanala düşmən olduğu …

Bir cavab yazın