İrqçi fars rejim azərbaycanlı iş adamının qurduğu Savalan Parça Fabrikini müflis edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim və rejimin bank sistemi Güney Azərbaycanın Ərdəbil vilaytində tekstil fabriki açan sahibkarı müflis ediblər.

 Savalan Parça Fabrikinin rəsisi bu barədə, İranın məhkəmə sisteminin sədri İbrahim Rəisinin fabrikə keçirdiyi görüş zamanı məlumat verib.

O deyib ki, yerli əkinçilərdən 1500 nəfəri işə götürüb. Bundan başqa ali təhsilli gəncləri tekstil sahəsində təcrübə qazanmaq üçün 6 ay müddətinə Avropa ölkələrinə və Amerikaya təlimlərə göndərib.

O həmçinin deyib ki, İranın Ticarət bankının rəisi fabrikdən görüş keçirdikdən sonra ona qarşı təhqiredici ifadələr işlədərək deyib: “Belə möhtəşəm fabriki nə üçün Ərdəbildə qurubsan? Məgər Ərdəbil fabrik tikmək yeridir”.

Bankın direktoru həmçinin vəd edilən krediti verməkdən imtina edərək iflas vəziyyətinə gətirilən fabriki mənimsəməyə çalışıb.

 Qeyd edək ki, Savalan Parça Ərdəbil vilayətində yerli investorlar tərəfindən açılan az sayda fabrikdən biridir. Lakin irqçi fars rejim bu fabriki iflas etdirib, mənimsəmək istəyir.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …

Bir cavab yazın