İrqçi fars rejim azərbaycanlı uşaqlarda yanlış təsəvvür və kimlik formalaşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim hər vasitə ilə qeyri-fars millətlərin övladlarına yanlış məlumatlar aşılamaqla onlarda özlərinə və farslara aid yanlış təsəvvür formalaşdırır. Onun nəticəsində İran adlanan ərazidə qeyri-fars millətlərin övladlarında özünü kiçik görmə kompleksi formalaşır və farsların olduğundan on qat, bəlkə də yüz qat böyük və mötəbər hesab edirlər.

Rejimin dərsliklər və kütləvi informasiya vasitəsilə formalaşdırdığı bu yanlış təsəvvürlər nəticəsində Azərbaycan övladları bir neçə türk dövlətində türkcə təhsilin olmasına baxmayaraq, türk dilində dərs və təhsilin imkansız olduğu və ümumiyyətlə türk dilinin savadsızların dili olduğuna dair təsəvvür formalaşır. Rejimin formalaşdırdığı yanlış təsəvvür təkcə bununla bitmir və onlarla belə sahələrə şamil edilir.

Rejim o cümlədən belə yanlış təsəvvür formalaşdırmaq üçün 6-cı sinifin “Düşüncə və Araşdırma” dərsliyinin birinci fəslində İran xəritəsini çap edib. “Mənin torpağımın görməli yerləri” başlığı altında dərc olunan xəritədə yalnız farsların yaşadığı İsfahan, Şiraz, Kirman, Məşhəd, Ərak, Tehran və Rəşt şəhərlərinin görməli və tarixi yerləri əks olunub. Lakin qeyri-fars məntəqələri, o cümlədən Azərbaycan, Əl-əhvaz, Bəluçistan və s. qeyri-farslara aid bölgələrdən heç bir tarixi əsər əks etdirilməmişdir.

İqtisadi tərəfdən baxanda fars bölgələri turist cəlb etmək və daha çox varlanmaq üçün təbliğ edilir. Lakin məsələ bununla məhdudlaşmır. Təhsil Nazirliyinin əsas məqsədi qeyri-fars şagirdlərin özünəinam hissini zədələmək, onları doğma tarix və kimliyinə bədbin etmək, İranın sadəcə farslardan ibarət olduğu düşüncəsini aşılamağı qarşıya məqsəd qoymuşdur.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın