GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadəni Ərdəbildə yerləöşən İnqilab Məhkəməsinə çağırıb.
Məlumata görə, 2019-cu il yanvarın 13-də göndərilən çağırış vərəqəsində əsasən azərbaycanlı fəal bu il yanvarın 23-də rejimin Ərdəbil şəhərində yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir.
Azərbaycanlı fəal şərlənərək, “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqda” ittiham edilib.
Qeyd edək ki, azərbaycanlı fəal Əsgər Əkbərzadə 2018-ci il iyul ayının 2-də Babək Qalası Qurultayı ərəfəsində Ərdəbil şəhərində öz iş yerində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Fəal 50 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.