Cümə axşamı , Aprel 25 2024
azfa

İrqçi fars rejim azərbaycanlı uşaqlara türk adlarına görə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanda çox sayda azərbaycanlıya valideynləri öz dillərində türk adları qoymaq istədiyi üçün doğum haqqında şəhadətnamə vermir.

Rejimin doğum şəhadətnaməsi vermədiyi körpələrdən biri Sevgidir. Sevgiyə valideynləri türk adı seçdikləri üçün ona irqçi fars rejim doğum şəhadətnaməsi vermir.

Sevginin atası Mehdi Qiyasi öz “İnstagram” səhifəsində paylaşdığı yazıda bildirib ki, İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsi iki aylıq övladına adının türkcə Sevgi olduğuna görə sənəd verməkdən imtina edir.

Onun sözlərinə görə, əvvəllər bir neçə körpəyə bu adla idarə tərəfindən doğum haqqında şəhadətnamə verilməsinə baxmayaraq, indi idarə məsulları müxtəlif bəhanələrlə doğum şəhadətnaməsi verməkdən imtina edirlər.

Qiyasi yazır ki, İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin məsulları bildirirlər ki, valideynlərin uşaqlarına ad seçimək qaydalarında dəyişiklik edilib və bununla bağlı mərkəzdən yeni göstəriş gəlib. Buna görə həmin ada sənəd verə bilmirlər.

Eyni zamanda 70 günlük Anarın atası Həsən Əmirpur Çaxırlı da övladına türkcə ad seçdiyi üçün ona doğum haqqında şəhadətnamə ala bilmədiyi və qarşılaşdığı problemlərlə barədə “İnstagram” səhifəsində məlumat paylaşımışdı.

Həmçinin Ərdəbil sakini olan sənətçi, mədəni fəal Səccad Colani də 7 aylıq qızı Ayıl üçün seçdikləri türkcə ada görə doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişdi.

Azərbaycanlı fəal Səccad Colaninin Ərdəbil əyalətinin Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinə çoxsaylı müraciətləri qarşısında idarə məsulları ona “Biz mərkəzi sistemə tabeik” cavabı vəriblər.

İrqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində həmin valideynlərinin Ayıladı seçdiyi qıza 7 aydır şəxsiyyət vəsiqəsi verməkdən imtina ediblər.

Köpənin atası azərbaycanlı milli-mədəni fəal Səccad Colani bununla bağlı ilk günlərdə Ərdəbilin Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin qarşısında çəkdiyi videoda bildirmişdir ki, idarənin məsulları ona Ayıl adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə verilməli olduğunu bildiriblər.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …