Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İrqçi fars rejim bir neçə ay mübarizədən sonra yağış adına şəxsiyyət vəsiqəsi verməyə məcbur oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim 4 ay mübarizədən sonra Qərbi Azərbaycan vilayətində Sayınqala şəhərinin sakini Babək Qabilnejad övladına şəxsiyyət vəsiqəsi ala bilib.

Azərbaycanlı fəal bu xəbəri öz Instagram səhifəsində paylaşıb.

Yağış, Qabilnejad ailəsinin türk adı daşıyan üçüncü üzvüdür. “Uşaqlarımın hər biri üçün çox mübarizə apardım” deyən Babək Qabilnejad, Elşən və Sonər adlı uşaqlarına da şəxsiyyət vəsiqəsi almaqda çox çətinlik çəkdiyini qeyd edib.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycan türklərini bir millət assimilyaya uğradıb məhv etmək məqsədilə müxtəlif üsullarlardan istifadə edirlər. Həmin üsullardan biri də onları öz dillərində adlardan məhrum etməkdir.

Həmçinin yoxlayın

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …