İrqçi fars rejim həbsxanada azərbaycanlı siyasi məhbus Rəhim Qulamini döydürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbildə həbsxanada azərbaycanlı siyasi məhbus və yazıçı Rəhim Qulamini döydürüb.

Rejimin rəsmilərinin göstərişi ilə cinayətkarlar azərbaycanlı siyasi məhbusa hücum edib və onu döyüblər.

Rəhim Qulami ilə eyni bölmədə saxlanılan məhbusların dediyinə görə, fəala hücum edənlər həbsxananın təhlükəsizlik bölməsinin rəisi Surazərin və digər məsullarım təhriki və göstərişi ilə azərbaycanlı siyasi məhbusu döyüblər.

Azərbaycanlı siyasi məhbus Rəhim Qulami aprelin 18-də yaxınları ilə qısa telefon əlaqəsində bu barədə məlumat verib.

Qeyd edək ki, Rəhim Qulami 2018-ci ilin iyul ayında Babək Qalası Qurultayı ərəfəsində 4 azərbaycanlı fəalla birlikdə saxlanılaraq Ərdəbil zindanına salınmışdır. Onlar həmin zaman öyrədilmiş bir neçə məhbusun hücumuna məruz qalıb, qarşıdurma zamanı Rəhim Qulaminin iki dişi qırılmışdır.

Şair, araşdırmaçı və yazıçı Rəhim Qulami Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. Azərbaycanlı siyasi məhbus martın 14-də irqçi fars rejimin Ərdəbildəki prokurorluğunda keçirilən məhkəmə iclasında mühakimə edilib. O şərlənərək, sistemin əleyhinə təbliğat aparmaq və rəhbəri təhqir etməkdə ittiham olunub. Həmin iclasda onun barəsində 50 milyon tümənlik mülki vəsiqə qərarı da çıxarılıb. Lakin təqdim olunan vəsiqə rejimin təhlükəsizlik qüvvələrinin təzyiri ilə bu günə qədər qəbul olunmayıb.

Həmçinin  azərbaycanlı siyasi məhbus zindanın müvəqqəti sayılan “Səlamət” bölməsindən qısa müddət sonra digər bölməyə köçürülməli idi. Lakin rejimin təhlükəsizlik qüvvələrinin təzyiqi ilə bu da həyata keçməyib.

Rəhim Qulami “Yaylıq” nəşr evi  tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın