Çərşənbə , Aprel 30 2025
azfa

İrqçi fars rejim Həmədanın “Qarqalan” zirvəsinin adını farscaya təhrif edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsinin Əlvənd dağının, Qarqalan zirvəsinin türkcə adını, farsca “Kəlağ Lənə” adı ilə dəyişdirərək təhrif edib.

İrqçi farsların bu saxtakarlığı sosial media istifadəçiləri arasında da gülüş obyektinə çevrilib.

“Qarqalan” adının qarın qaldığı və ya yığıldığı yer olduğunu yaxşı başa düşməyən rasistlər, onu “Kəlağ lanə” yəni qarğa yuvası şəklində tərcümə edərək təhrif ediblər.

Qeyd edək ki, son yüz ildə faşist Pəhləvi rejiminin hakimiyyəti türklərdən qəsb etməsindən sonra Güney Azərbaycanın müxtəlif yerlərində minlərlə türk adı təhrif edilərək farscaya çevrilmiş və bu proses indi də davam edir.

Həmçinin yoxlayın

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin …

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum …