Cümə axşamı , Oktyabr 22 2026
azfa

İrqçi fars rejim həbs etdiyi Şiri qardaşlarını yenidən şərləyib mühakimə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Təbriz sakini azərbaycanlı milli-mədəni fəallar Əyyub və Davud Şiri qardaşlarını yenidən şərləyib mühakimə edir.

Azərbaycanlı qardaşlar Cuma axşamı ittiham irəli sürülmək üçün 16-cı istintaq bölməsinə aparılıblar. Onlara qarşı hansı ittiham irəli sürüldüyü barədə hələlik məlumat verilmir.

Hazırda azərbaycanlı qardaşlar rejimin Təbrizdəki zindanının “12-ci məhkumlar” bölməsinə həbsdə saxlanılır.

Qeyd edək ki,azərbaycanlı fəallar Davud və Əyyub Şiri qardaşları iyunun 12-də Məhkəmə Qərarlarının İcrası Şöbəsinə müraciət etdikdən sonra Təbrizin mərkəzi zindanına salınmışdılar.

Azərbaycanlı fəalların 6 aylıq həbs cəzalarını çəkmək üçün zindana salındığı bildirilir.

Hər iki azərbaycanlı qardaş rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum olunublar.

Davud və Əyyub Şiri qardaşları yanacaq qiymətlərinin kəskin artmasına görə başlayan 2019-cu ilin noyabr etirazlarında iştirak ittihamı ilə bir neçə azərbaycanlı fəalla birlikdə həbs olunmuşdular.

Hər iki fəal 100 gün müvəqqəti təcridxanada tsaxlandıqdan sonra 2020-ci il  fevralın 26-də 600 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …