İrqçi fars rejim Nüvə Silahının Yayılmaması Haqqında Müqavilədən çıxmaqla hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Nüvə Silahının Yayılmaması Haqqında Müqavilədən çıxmaqla hədələyib.

Rejimin yuxarıdan göstərişi ilə rejimin məclisindən bəzi millət vəkilləri bu barədə parlamentdə təklif irəli sürüb.

Millət vəkili Əhməd Əmirabadi Fəraxani məsələ ilə bağlı iki qanun təklifini təqdim edib.

Birinci təklif Nüvə Silahının Yayılmaması Haqqında Müqavilədən (NPT) çıxmağı, digəri isə ABŞ-ın Tehrana qarşı təktərəfli sanksiyalarında əməkdaşlıq edən ölkələrin cəzalandırılmasını ehtiva edir.

Qeyd edək ki, İranla ABŞ, Çin, Fransa, Almaniya, Rusiya və Böyük Britaniya arasında 2015-ci ildə imzalanan müqaviləyə görə, rəsmi Tehranın nüvə fəaliyyəti nəzarətdə saxlanmalı idi. Donald Tramp hakimiyyətə gəldikdən sonra bu sazişin effektiv olmadığını bildirərək birtərəfli qaydada bu sazişdən imtina etdi.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın