Bazar ertəsi , İyul 22 2024
azfa

İrqçi fars rejim Oğuz adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Oğuz adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermməkdən imtina edib.

Oğuzun atası Hüseyin Əmani Nadarlı  may ayının 21-i cümə günü öz İnstaqram səhifəsində post paylaşaraq, oğlu Oğuza türk adı seçdiyinə görə İranın aidiyyatı qurumları tərəfindən doğum şəhadətnaməsi verilmədiyini bildirib.

Onun yazdığına görə, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı Baş İdarəsi Oğuz adının onların adlar siyahısında olmadığını bildirərəkŞ bu ada şəhadətnamə verməkdən boyun qaçırıb.

Qeyd edək ki, irqçi fars rejim çox sayda azərbaycanlı valideynlərinin türk adı seçdikləri üçün doğum haqqında şəhadətnamə ala bilmirlər. İran rejimi Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradaraq məhv etmək məqsədilə onların öz dillərində övladlarına adı qoymağı yasaqlıyıb.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …