Çərşənbə , Sentyabr 18 2024
azfa

İrqçi fars rejim qaçaqmalçılıq yolu ilə Livan hizbullahına silah göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərb ölkələrinin kəşfiyyat xidmətləri İranın qaçaqmalçılıq yolu ilə Livana silah göndərdiyini güman edirlər. Bu barədə məlumatı “Foks Nyus” yayıb.

Məlumata görə, Livana gətirilən silahlar daha çox Hizbullaha verilir:

“İranın “Fars Eyr Qeshm” aviaşirkəti son iki ay ərzində Tehrandan Beyruta iki qeyri-adi reys həyata keçirib. Birinci reys iyulun 9-da baş tutub. Həmin vaxt Boinq-747 təyyarəsi əvvəlcə Tehrandan Dəməşqə uçub. Oradan da kiçik fasilədən sonra Beyruta yollanıb. Təyyarə kifayət qədər qeyri-xarakterik uçuş trayektoriyası ilə yerli vaxtla saat 16:00-da eniş edib. Təyyarənin marşrutu Livanın şimalından keçib ki, bu da reysin trayektoriyası üçün adi bir şey deyil. İranlılar Yaxın Şərqdəki müttəfiqlərini silahla təmin etmək yeni yollar düşünürlər”.

Televiziya bildirib ki, məhz bu təyyarə İran zavodlarında hazırlanan yüksək dəqiqliyə malik silahları Livana daşıyıb.

İkinci uçuş 2 avqustda həyata keçirilsə də, təyyarə bu dəfə Dəməşq hava limanında eniş etməyib.

Həmçinin yoxlayın

Güney Azərbaycanda bir neçə bloqqer həbs olunub

GADTB: Ərdəbil şəhər prokurorunun müavini Mürtəza Tahirifərd dünən Ərdəbildə bir neçə bloqqerin saxlanıldığını bildirib. Onun …

Livanda İran səfirinin gözü çıxıb, Tehrana aparılır

GADTB: Peycerin partlaması nəticəsində İranın Livandakı səfiri Müctəba Amani bir gözünü itirib, digər gözü isə …

Bir cavab yazın