Cümə , Oktyabr 30 2026
azfa

İrqçi fars rejim Saman Bidarı Ərdəbildə zindanın istintaq təcridxanasına köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları yaxaladığı Saman Bidarı martın 4-də Ərdəbildə Şam Əsbi zindanın istintaq təcridxanasına köçürüblər.

Azərbaycanlı fəal Saman Bidar fevralın 28-də rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanıb.

Saman Bidar ailəsinə bildirib ki, saxlanılandan bir gün sonra, fevralın 29-da rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 9-cü istintaq şöbəsində ittihamının “Sistemə qarşı təbliğat” olduğu bildirilib.

Azərbaycanlı fəal ondan müvəqqəti sərbəs buraxılması üçün 50 milyon tümən girov tələb olunduğunu və iki gün təcridxanada saxlanıldıqdan sonra rejimin Ərdəbildəki zindanına köçürüldüyünü söyləyib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Türkiyənin Cümhuriyyət bayramında- Şəkil

GADTB: Sidneydə 29 Oktyabr Türkiyədə Cümhuriyyətin qurulmasının 130-cu ili münasibətilə mərasim keçirilib.   Tədbirə Türkiyə …

Mayk Uolts BMT Təhlükəsizlik Şurasında Iran nümayəndəsinə: “Yalanlarınız burada keçərli deyil; nüvə silahına sahib olmağınıza heç vaxt icazə verməyəcəyik”

GADTB: ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Mayk Uolts Təhlükəsizlik Şurasının iclasında İslam Respublikasının Beynəlxalq Atom …