Cümə , Fevral 13 2026
azfa

İrqçi fars rejim Urmiya gölünə təmizlənməmiş kanalizasiya sularını axıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycana qarşı müstəmləkə siyasətini davam etdirən irqçi fars rejim Urmiya gölünə təmizlənməmiş kanalizasiya sularını axıdır.

Rejimin rəsmisi Səid Musəvi məsələyə etiraf edərək bu barədə qeyd edib ki, Urmiyanın kanalizasiya sularının təxminən 20-30 faizi təmizlənmədən Urmiya gölünə axıdılır. Bunun səbəbi təmizləmə-saflaşdırma qurğularının yetərli qədər olmamasıdır. 

O həmçinin deyib: “Urmiyada kanalizasiya suları və sənaye tullantıları Qobi çayına axıdılır. Çirkab sular normal su ilə qarışdıqdan sonra “Rozə çay” suyu ilə birləşərək Urmu gölünə tökülür.”.

Qərbi Azərbaycan Ətraf Mühit Təşkilatının rəis müavini həmçinin qeyd edib ki, Urmiyanın kanalizasiya suları ilə bağlı layihələr təkmilləşəcəyi təqdirdə “Rozə çay” suyunun gölə töküldüyü yerdə təmizləmə-saflaşdırma qurğuları quraşdırılacaq və kanalizasiya suları təmizləndikdən sonra gölə buraxılacaq.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın