
GADTB: İrqçi fars rejimi Cənubi Azərbaycanda interneti tamamilə kəsmək və bölgənin xarici aləmlə bütün əlaqələrini kəsməklə etirazçıların qətliamını davam etdirir.
Cənubi Azərbaycan saytlarından birinin yaydığı məlumata görə, Azərbaycanın döyünən ürəyi olan Təbriz tam informasiya blokadası və xəbərlərə çıxışın tamamilə bağlandığı şəraitdə qan və od içindədir. Buna baxmayaraq, mübarizə və azadlıq bayrağı yerə düşməyib.
Məlumatlarda bildirilir ki, cümə və şənbə günlərində genişmiqyaslı etirazlar baş verib. Şənbə günü etirazlar şiddətli şəhər toqquşmaları mərhələsinə keçib və çoxlu sayda insan saxlanılıb.
Gecə saatlarında etirazların birdən-birə şəhərin bir çox nöqtəsinə yayılması ilə qarşıdurmalar daha da sərtləşib. Rejimə bağlı qüvvələr etirazçılara birbaşa atəş açaraq onlarla insanı yaralayıb, bir qismini isə qətlə yetirib.
Etibarlı mənbələrin bildirildiyinə görə, Təbrizdə onlarla yaralı və şəhid var. Şahidlərin birbaşa müşahidələrinə əsasən, təkcə iki etiraz aksiyasında 20-dən çox şəhidin olduğu qeyd olunur.
Həmçinin etirazların yatırılmasında İraqdan gətirilmiş silahlı qüvvələrin və Həşdi-Şəbi ünsürlərin iştirakı müşahidə edilib. Məlumata görə, bu muzdlu qüvvələr bir neçə ay əvvəl “universitetdə təhsil” bəhanəsi ilə Təbrizə gətirilmişdilər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi