Çərşənbə axşamı , Mart 10 2026
azfa

İrqçi fars rejimi tərəfindən Qarabağ adı da qadağan adlar siyahısına düşdü

 

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi tərəfindən Güney Azərbaycanın Xüsrovşa şəhərində “Qarabağ” komandası adı ilə Rəməzan kubokuna qatılmaq istəyən komandaya icazə verilməyib.

Xüsrovşanın Nücədə (Nüvədi) kəndində bir qrup gənc “Qarabağ” adı ilə futbol komandası yaradaraq, keçirilən Rəməzan kubokuna qatılmaq istəyiblər. Lakin Xüsrovşada irqçi fars rejiminə bağlı Şəhər Şurası üzvləri buna icazə verməyiblər.

İrqçi rejimin bu əməlinə etiraz olaraq, komanda üzvləri yarışların keçirildiyi stadionun qarşısına toplaşaraq üzərində “Qarabağ bizimdir, bizim olacaq” şüarı yazılmış banneri nümayiş etdirib, şəkillərini çəkdirərək, sosial şəbəkələrdə yayıblar.

Qeyd edək ki, irqçi fars rejimi özünü dünyada müsəlmanların himayədarı kimi təqdim etsə də, əslində işğalçı Ermənistanı hər zaman Azərbaycana qarşı dəstəkləmişdir.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın