Çərşənbə , Sentyabr 23 2026
azfa

İrqçi fars rejimin erməni təcavüzünü pisləyən azərbaycanlı fəal Əkbər Mühacirini həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ali Məhkəməsinin 51-ci bölməsi Azərbaycana dəstək aksiyasına yaxaladığı tanınmış azərbaycanlı milli-mədəni fəal Əkbər Mühaciri barədə qərar çıxarıb.

İrqçi fars rejim azərbaycanlı fəalı şərləyərək 3 il həbs cəzasına məhkum edib.

Qeyd edək ki, Əkbər Mühaciri 2020-ci il oktyabrın 17-də Güney Azərbaycan şəhərlərində Azərbaycan Orudusuna dəstək və Nurduz gömrüyünün bağlanması tələbi ilə keçirilən aksiyalardan 1 gün qabaq Təbrizdə öz evində yaxalanıb və 28 oktyabrda mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Əkbər Mühaciri həmçinin 2019-cu ilin noyabr etirazları zamanı özünün şəxsi mənzilində  ETTELAAT qüvvələri tərəfindən zorakılıqla və heç bir məhkəmə hökmü olmadan həbs edilmişdi.

Azərbaycanlı fəal “İctimai asayişi pozmaq”da ittiham olunaraq 1 il həbs və 74 zərbə şallaq, 10 milyon tümən maddi cəzaya məhkum olunmuşdu.

Həmçinin o, rejimin İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “GAMAC” təşkilatına üzv olmaqda günahlandırılaraq 3 il həbs cəzasına məhkum edilmişdi.

Son ittihamla bağlı o etirazını bildirdiyi üçün Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi onun işinə yenidən baxaraq, cəzanı 6 aya endirmək barədə qərar verilsədə, rejimin ETTELAAT İdarəsinin təzyiqləri nəticəsində 3 il həbs cəzası yenidən qüvvədə saxlanıldı.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …