Cümə axşamı , Sentyabr 24 2026
azfa

İrqçi fars rejimin Güney Azərbaycanda vəzifəyə gətirdiyi manqurtlara korrupsiya ittihamı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanda vəzifəyə gətirdiyi manqurtları korrupsiya ittihamı həbs edir.

Bu istiqamətdə Şərqi Azərbaycan vilayətinin Marağa şəhərinin bələdiyyə başqanı korrupsiya ittihamı ilə həbs edildiyi bildirilir.

Məhəmmədrza Əhmədinin ETTELAAT İdarəsi tərəfindən həbs edildiyi barədə məlumat yayıb. Bu mövzu ilə bağlı Şərqi Azərbaycan məhkəmə sistemində iş açılıb.

Xəbərdə bu işlə bağlı digər şəxslərin həbs olunma ehtimalı olduğu qeyd edilib. Məhəmmədrza Əhmədi 2016-cı ilin noyabr ayında Marağa şəhər şurası tərəfindən bələdiyyə başçısı seçilmişdi.

Marağa şəhər məclisinin rəhbəri mövzu ilə bağlı münasibət bildirərək, Marağa bələdiyyə başçısının bazar günündən bəri iş yerində hazır olmadığı və onun vəzifələrini müavini yerinə yetirdiyini bildirib.

O, bu haqda şəhər şurası müvafiq qurumlardan heç bir məktub gəlmədiyini vurğulayıb.

Marağa şəhərinin meri də bu haqda heç bir məlumatının olmadığını bildirib.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …