GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin iqtisadiyyatının çöküşü çoxsaylı dövlət işçisinin işini itirməsi ilə nəticələnib.
Rejimin iqtisadiyyatının köçüşü nəticəsində 2018-ci ildə 66 740 dövlət məmuru işini itirib.
Rejimin Təhsil Nazirliyi də daxil olmaqla 14 nazirliyin əməkdaşı işini itirib. Ən çox ixtisar Təhsil Nazirliyində olub. Bu qurumun 35 min əməkdaşı işini itirib.
Neft Nazirliyində 8 min, Dağ-Mədən Sənayesi və Ticarət Nazirliyindən 7 654 məmur işdən çıxarılıb.
Özəl sektorda isə işini itirənlərin sayı daha çoxdur. Lakin bu barədə dəqiq rəqəm açıqlanmır.