Cümə axşamı , Dekabr 2 2021
azfa

İrqçi fars rejimin məmurları azərbaycanlı fəal Ruzbeh Pirini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı fəal Ruzbeh Pirini həbs edib.

Bu barədə fəalıln qardaşı sosial şəbəkədə məlumat paylaşıb.

Azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin sentyabrın 9-da Təbriz şəhərində ETTELAAT məmurları tərəfindən yaxalandığı bildirilir.

Onun qardaşının İnstaqram səhifəsində verdiyi məlumata görə, Ruzbeh Piri həbs zamanı məmurlar tərəfindən döyülərək, təhqir olunub.

Azərbaycanlı fəalın hara aparıldığı və nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, Ruzbeh Piri “Təbriz” nəşrinin məsulu olub. O, “Nəvide Etedal” öyrənci təşkilatının qurucusu və “Sultan Mehmet Fateh” kitabının tərcüməçisidir.

Ruzbeh Piri qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal eyni dövrdə rejimin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdı.

O “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə məhkəmə tərəfindən 91 gün həbsə məhkum edilmişdi.

İyul ayının 5-də həbs cəzasının müddəti bitdikdən sonra Piri sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

Qarabağdakı separatçılar qışdan çıxmaq üçün Bakıdan qaz istəyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı separatçılar qışdan rahat çıxmaq üçün Bakıdan qaz …

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …