Cümə , Aprel 19 2024
azfa

İrqçi fars rejimin məhkəməsi azərbaycanlı fəal Babək Ağazadəni 3 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi Məlikanda azərbaycanlı fəal Babək Ağazadəni 3 il həbsə məhkum etdi. Həbs qərarı rejimin Apellyasiya məhkəməsi tərəfindən fəalın vəkilinə elan edilib.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayı etirazları zamanı yaxalanan Güney Azərbaycanın Məlikan şəhərindən olan bələdiyyə işçisi Babək Ağazadə rejimin Marağadakı İnqilab Məhkəməsi tərəfindən 5 il həbs cəzasına məhkum edilmişdi. Ağazadənin məhkəməsi hakim Məhəmməd Cabbarinin sədrliyi ilə keçirilmişdi.

Azərbaycanlı fəala “Antirejim qruplara üzv olmaq” ittihamı ilə dörd il, “Sistemə qarşı təbliğat” ittihamı ilə isə bir il həbs cəzası verilmişdi.

Babək Ağazadə 2019-cu il dekabr ayının 16-da ETTELAAT məmurları tərəfindən yaxalanıb. Fəal Təbrizdə ETTELAAT İdarəsinin təcridxanasında iki ay saxlanıldıqdan sonra zindana köçürülüb. Fəal sonra 600 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıb.

Rejimin məmurları Babək həbsdə olarkən fəalın atasından azərbaycanlıfəal Babək barəsində Mehdi Kuxianın ictimaiyyəti məlumatlandırmasına qarşı zorla yalan etiraf alıb yaymışdılar.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …