Bazar ertəsi , Dekabr 30 2024
azfa

İrqçi fars rejimin müstəmləkə siyasətinin nəticələrindən; Təbrizdə gecəqondu məhəllələri genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Azərbaycana qarşı ayrıseçkilik və müstəmləkə siyasətinin nəticələri o qədər faciəvidir ki, rejimin öz rəsmiləri də bu məsələni gizlədə bilməyib  və etiraf etməyə məcbur olurlar.

Təbriz Şəhər Şurasının Memarlıq və Şəhərsalma Komissiyasının sədri bununla bağlı bildirib ki, Təbrizdə 500 mindən çox insan gecəqondu məhəllərində yaşayır.

Firidun Babai Əqdəm Təbrizdə gecəqondu məhəllələri genişlənməsinə toxunaraq bu səhərin kənar məhəllələrində yaşayan insanların zəlzələ və torpaq sürüşməsi təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirib.

Təbriz Şəhər Şurasının Memarlıq və Şəhərsalma Komissiyasının sədri gecəqondu məhəllələrinin güclü zəlzələ baş vermə təhlükəsi olan ərazilərdə salındığını qeyd edərək əlavə edib ki, Təbrizin ətrafında 2 min 500 hektarlıq sahədə gecəqondu məhəllələri formalaşıb.

O, bu məhəllələrin 50 hektarının təhlükəli zonalarda salındığını və həmin məhəllələrin boşaldılmasının zəruri olduğunu bildirib.

Firidun Babai Əqdəmin sözlərinə görə, keçən il cüzi yağıntı nəticəsində baş verən torpaq sürüşməsində Təbrizin məhəllələrinin birində altı ev xəsarət almışdı.

Babai Əqdəm həmçinin deyib: “Bir çox inkişaf etməkdə olan ölkələrdə gecəqondu məhəllələrinin salınması dövlət üçün ciddi narahatlıq doğurur. Lakin, təəssüf ki, İranda belə deyil və ölkədə gecəqondu məhəllələrində yaşayanların sayı getdikcə artır”.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və sayın Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “Molla rejimi devrildikdən sonra Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

GADTB-nin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildirişi

GADTB: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü deyəndə parçalanmış Azərbaycan …

Bir cavab yazın