Cümə axşamı , Dekabr 2 2021
azfa

İrqçi fars rejimin polis qüvvələri azərbaycanlı kəndlilərə hücum etdi -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin polis qüvvələri Miyananın Bulukan kəndində su haqlarına görə etiraz edən azərbaycanlı kəndlilərə hücum etdi.

Kənd əhalisi ilə rejimin məmurları arasında toqquşmanın baş verdiyi bildirilir.

Toqquşmaya səbəb kəndlilərin onlara məxsus su paylarının hökumət tərəfindən qarşısının alınması olub.

Quraqlıq və yağıntıların az olduğu bir şərayitdə, içməli suyun təmini və əkin sahələrinin suvarılmasında çətinlik çəkən kəndlilər onlara məxsus su payının verilməməsindən narazılıqlarını bildiriblər. Bu isə rejimin xoşuna gəlməyib və kənd əhalisinə hücum əmri verilib.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …