İrqçi fars rejimin Teleradio Şirkəti Azərbaycan millətini təhqir etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  irqçi fars rejimin Teleradio Şirkətinin İdman kanalı Güney Azərbaycanın Traxtur komandasının cümə günü terrorla mübarizəyə dəstək məqsədilə səsləndirdikləri şüarlara görə, Azərbaycan millətini təhqir edib.

Azərbaycan türk millətinin terrorçulara qarşı Türkiyəni dəstəkləməsi, əsgər salamı və öz haqları uğrunda şuarlar səsləndirməsi irqçi fars rejimi özündən çıxarıb və yarışdan sonra “İdman kanalı”nın radio proqramında aparıcı və verilişin qonağı olan ekspert Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarlarının yanaşmasını müzakirə ediblər.

Onlar Azərbaycan komandasının tərəfdarlarını düşmənin xeyirinə işləyən qaragüruhçu dəstələr və milli təhlükəsizliyi təhdid hesab edilən qüvvələr adlandırıb. Onlar verilişdə Güney Azərbaycan komandasının cəzalandırılması da tələb ediblər.

Rejimin radiosunun bu haqsızlığı isə Təbrizin millət vəkili Məhəmməd Hüseyn Fərhənginin kəskin etirazına səbəb olub. O bu barədə İran Teleradio Şirkətinin rəisi Əli Əsgəriyə etiraz məktubu göndərib.

Millət vəkili məktubunda yazıb: “Verişin qonağı Traxtur tərəfdarlarına təhqiramiz ittihamlar səsləndirib. Lazım gələrsə, bu məsələyə qanun çərçivəsində baxıla bilər. Verilişdə təxminın 100 min tərəfdar və milyonlarla televiziya tamaşaçısı düşmənin xeyirinə işləyən qaragüruhçu dəstələr və milli təhlükəsizliyi təhdid edən qüvvələr şəklində qələmə verilib.

Əgər söhbət barmaq sayısında olan müəyyən insanlardan gedirsə, o zaman nə üçün oktyabrın 31-də Tehranda baş verənlər bütün “Perspolis” komandasının tərəfdarlarına şamil edilmədi?! Onlar şəhid ailələrini təhqir edib, onlara söyüş söymüşdülər.

Nə üçün Tehran stadionlarında müqəddəslər təhqir olunduğu və keçmiş yaramaz rejimə dəstək verildiyi zaman belə analizlər aparılmır?!

Öz komandasını dəstəkləyən milyonlarla insanın pislənilməsi etnik zəmində ixtilaf salmaq və milli birliyə xələl gətirməkdən başqa heçnə deyil…”.

Həmçinin yoxlayın

Sayın Mikayil Oytadan orman yanğınları ilə bağlı Türkiyə böyük elçisinə başsağlı məktubu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosasiyası prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

İran rejiminin Təbrizdə yaxaladığı Şəhruz Bərzgər vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şəhruz Bərzgərin bacısı Şadi Bərzgərin özünün İnstagram səhifəsində …

Bir cavab yazın