Bazar , Oktyabr 18 2026
azfa

İrqçi farslar Azərbaycanla düşmənçilik zəminində Təbrizdə Nizami Gəncəvi ilə bağlı konfrans keçirirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farslar Şərqi Azərbaycana təyin etdikləri əlaltıları ilə birlikdə Azərbaycanla düşmənçilik zəminində Təbrizdə Mizami Gəncəvi ilə bağlı konfrans keçirirlər.

Nizami Gəncəvi və Azərbaycan həqiqətlərinin təhrifi istiqamətində keçirilən tədbirə Qütbəddin Sadiqi adlı antitürk bir kürd əsas çıxışçı kimi dəvət edilib.

Qeyd edək ki, Qütbəddin Sadiqi II Qarabağ müharibəsi dövründə də Azərbaycana qarşı mövqe sərgiləyib və türk düşməni olduğunu açıq şəkildə büruzə vermişdir.

Eyni zamanda Qütbəddin Sadiqi nə ədəbiyyatçı və nə də Nizamişünasdır. Onun tədbirə dəvət olunması yalnız Antiazərbaycan mövqeyi ilə bağlıdır. O yalnız öz sosial şəbəkə səhifələrində Nizami ilə bağlı həqiqətləri təhrif edərək, onun anasının kürd olduğunu iddia edib.

Həmin kürd eytni zamanda türk torpaqlarını Kürdüstan kimi qələmə verməkdə də tanınır.

Azərbaycanlı fəallar, ziyalılar və yazıçılar İran rejiminin bu qərəzli addımına öz etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …