Cümə axşamı , May 15 2025
azfa

İrqçi farslar məşhur İstaqram hesabından “Traxtur”a aid videonu sildiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın “Traxtur” və İsfahanın “Sepahan” komandalarının yarışına aid video “433” İnstaqram səhifəsindən silinib.

Sosial media fəalları və idman jurnalistləri məlumatına görə, videoda azərbaycanlı tərəfdarların “Traxtur” komandasını dayanmadan alqışlamaları farsdilli istifadəçilərin narazılığına səbəb olub. Həmçinin tərəfdarların Azərbaycan türkcəsində şüarlar səsləndiriıməsi də fars istifadəçilərin qəzəbi ilə üzləşib.

Onlar videonun silinməsi üçün kampaniya başladıb və Azərbaycan komandasına rəğbəti ifadə edən videonun dünyada 70 milyon izləyicisi olan “433” İnstagram səhifəsindən silinməsinə nail olublar.

Qeyd edək ki, aprelin 3-də Təbrizin Səhənd stadionunda baş tutan qarşılaşmanı izləmək üçün Güney Azərbaycanın müxtəlif şəhərlərindən on minlərlə tərəfdar stadiona toplaşıb. Stadion ətrafında və stadionda toplaşan azarkeşlət Azərbaycan dilində şarlar səsləndirib, plakatlar qaldırıblar. “Hamı Traxturçudu, Təbriz haman Urmudu”, bu torpaqdan pay olmaz”, “Urmu Azərbaycanın ürəyidir” və başqa bu kimi şüarlar səsləndiriblər. Stadionda Azərbaycan və Türkiyə bayraqlarının qaldırılması azarkeşlərin alqışları ilə müşayiət olunub.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda qızıl mədənini daha sürətli talamaq üçün meşəni məhv edir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində qızıl mədənini talamaq üçün meşə zolağını məhv …

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …