GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farsların mətbuatı Təbriz Bələdiyyəsini Məhəmmədhüseyn Şəhriyarın anım günü münasibətilə “Şeir və Ədəbiyyat Günü”nü təbrik etdiyi üçün tənqid edib.
Məhəmmədhüseyn Şəhriyarın türkcə və farsca şeir deməsinə baxmayaraq, irqçi farslar onun anım gününü “Fars Şeiri və Ədəbiyyatı” günü kimi qəbul edib və Təbriz bələdiyyəsinin “fars” sözünü istifadə etmədiyi üçün tənqid edib.
Tənqidə səbəb Məhəmmədhüseyn Şəhriyarın anım günü münasibətilə Təbrizdə asılmış plakatlarda “fars” sözünün yazılmamasıdır. Farslar Şəhriyarı da fars şairi kimi qələmə verib, onun Azərbaycan türkü olması və türkcə şeir deməsini nəzərə almırlar. Bu isə onların irqçiliyi və antitürk olmasından irəli gəlir.
Rejim əksər fars mətbuatı, o cümlədən “Mərdumsalari” qəzeti və İranın ETTELAAT orqanlarına bağlı olan “Azəriha” saytı xüsusi olaraq Təbriz Bələdiyyəsini tənqid ediblər.