Bazar , Sentyabr 19 2021
azfa

İrqçi farslar Tehranda Məşrutə başçısı Bağır xanın adını daşıyan metro stansiyasının adını dəyişdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda irqçi farslar çox sayda küçə və prospektə erməni adı verdikdən sonra Məşrutə inqilabının başılarından olan Bağır xanın adını daşıyan metro stansiyasının adını dəyişdilər.

Antiazərbaycan rejim stansiyanın adını dəyişib, ona farsca “Sağlıq mühafizəçiləri” adı veriblər.

Tehran şəhərinin Dəmir Yolları Şirkətinin icraçı rəisi Əli İmam bu Antiazərbaycan hərəkətini əsaslandırmaq üçün deyib ki, “sağlıq mühafizəçiləri son illərdə göstərdiyi canfişanlığa görə onlarına adına bir küçə və ya məkanın adlandırılması zəruri idi. Ona görə də Bağır xan stansiyasnının adını dəyişib, “Sağlıq mühafizəçiləri” adlandırıblar.

Lakin ondan soruşmaq lazımdır ki, erməni adı verməyə onlarla küçə və məkan tapmaq mümkün olur, ancaq “Sağlıq mühafizəçiləri” adını verməyə heç bir yer tapılmadı və Bağır xan stansiyasının adını dəyişmək lazım gəldi?! Yoxsa bu hərəkətin arxasında başqa bir niyyət dayanır?!

Qeyd edək ki, irqçi fars rejim bu yollarla azərbaycanlıların izini hər yerdən silməyə çalışır. Tehran şəhəri əslində qədimdən türk ərazisi olsa da, paytaxt seçiləndən bu bölgənin türk kimliyini silmək üçün rejim əlindən gələni edir.

Həmçinin yoxlayın

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …

Ermənistana yardım edən İran Araz qırağına qoşun yeridərək hərbi təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı Ermənistana hərbi yardım edən İran Araz …