Cümə , Noyabr 15 2024
azfa

İrqçi molla rejimi qaşqay türklərinin milli geyimlərini qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi qaşqayların öz əraziləri olan Fars əyalətinə qaşqay türklərinin milli geyimlərdən istifadə etməsinə qadağa qoyulması ilə bağlı sərəncam göndərib.

Sərəncam Fars əyalətinin Sənaye və Mədən Baş İdarəsi tərəfindən verilib.

Restoran, turizm mərkəzləri və istirahət yerlərinin müdirlərinə göndərilən sərəncamda qeyd edilib ki, bu “İran etnik qruplarının ləyaqət və şəninə xələl gətirməmək”lə bağlıdır.

Qeyd edək ki, xüsusilə son illər İranda 3 milyondan çox sayı olan qaşqay türklərinə qarşı təzyiqlər artıb. Onların kompakt yaşadıqları bölgələrdən köçürülməsi, milli geyimləri ilə ictimai yerlərə buraxılmamaları etirazlara səbəb olub.

Həmçinin yoxlayın

Hakan Fidan: “Ahıska türklərinə dəstəyimizi davam etdirəcəyik”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Xarici işlər naziri Hakan Fidan dünyanın müxtəlif …

ABŞ əsgərləri Cənubi Kiprdəki bazada işlərini gücləndirdi

GADTB: ABŞ Cənubi Kipr Rum Administrasiyasının onlara verdiyi köhnə türk kəndi Taltlısuda (Mari) vertolyot bazası …