Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

İrqçilik simvolu olan Firdovsini tənqid edən məşhur komediyaçıya molla rejimi cinayət işi açıb

GADTB: Tehran Prokurorluğu komediyaçı və sosial media fəalı Zeynəb Musəviyə qarşı cinayət işi açıb.

Yerli medianın məlumatına görə, Tehran Prokurorluğu Musəviyə qarşı İran ədəbiyyatının milli simvoluna hörmətsizlik ittihamı ilə hüquqi proses başladıb.

Bu tədbir, Musəvinin sosial mediada İranın klassik şairi və irqçiliyin simvolu olan Əbulqasim Firdovsi və onun məşhur əsəri “Şahnamə” ilə bağlı səsləndirdiyi tənqidi fikirlərdən sonra baş verib.

İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbuat orqanı olan “Mizan” agentliyi məsələ ilə bağlı açıqlamasında bildirib:

“Zeynəb Musəvi kiber məkanda İran ədəbiyyatı və poeziyasının fəxri simalarından biri olan Əbulqasim Firdovsi haqqında nalayiq ifadələr işlətdiyinə görə məsuliyyətə cəlb olunub”.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …