GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Taliban düşüncəli irticaçı fars-molla rejimi şəhərlərdə qadınlarla kişilərin gəzinti yerlərini ayrır.
Rejim Tehranda tətbiq etdiyi qadın və kişi parklarının ayrılması məsələsini artıq Təbrizdədə tətbiq etməyə başlayıb.
Rejim Təbrizin Məşrutə parkının ortasından divar çəkərək qadınlar və kişilərin eyni parkda gəzməsinin qarşısını alıb və bununlada parklarda gender ayrıseçkiliyi baş verib.
Azərbaycanlı sosial media istifadəçiləri İran molla rejiminin bu addımını taliban hökumətinin əməlləri ilə müqayisə edib və bunu vətəndaşlara qarşı təhqir kimi dəyərləndiriblər.