Şənbə , Noyabr 14 2026
azfa

İsfahanda hərbi zavoda dron hücumu olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Müdafiə Nazirliyinin İsfahan şəhərində yerləşən hərbi zavoduna ötən gecə dron hücumu həyata keçirilib. Bu barədə Tasnim News məlumat yayıb.

Agentliyin iddiasına görə, “naməlum dron” hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Zavoda hücum nəticəsində hər hansı xəsarət barədə məlumat verilməyib.

Qeyd edək ki, bu, cari ildə sözügedən hərbi zavoda ikinci dron hücumudur.

Bundan öncə yanvarın 28-də də dron hücumu nəticəsində zavodda ciddi dağıntılar meydana gəlmişdi./Azad İran

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …