Bazar ertəsi , İyun 15 2026
azfa

İşğalçı Ermənistan öz himayədarı irqçi fars rejimdən pul istədi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində irqçi fars rejimin prezidenti Həsən Ruhani ilə görüşüb.

Görüş zamanı ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı və Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonasının yaradılması məsələləri müzakirə olunub.

Bu mənada, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılmasının vacibliyinə diqqət çəkən Paşinyan, İranla Ermənistan arasında illərdir kağız üzərində qalan və icrası üçün maliyyə tapılmayan, daha doğrusu, Tehranın reallaşmasında maraq göstərmədiyi layihələrin həyata keçirilməsi üçün səmərəli mühitin yaradılacağına ümid etdiyini bildirib.

Ermənistan baş nazirinin sözlərinə görə, iki ölkə arasındakı hazırkı potensial indikindən daha çox nəticələrə nail olmağa imkan verir və bunun üçün qarşılıqlı addımlar atılmalıdır.

Bununla da, perspektivsiz və paslanmış iqtisadi, nəqliyyat-loqistika layihələrində əməli iş prosesinə start verilməsi üçün Paşinyan İran prezidentindən maliyyə ayırmasını xahiş edib. Lakin Ruhani bildirib ki, BMT kluarları iqtisadi əməkdaşlığın genişləndirilməsini detallı müzakirə etmək üçün heç də münasib yer deyil.

 

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın