Şənbə , Aprel 20 2024
azfa

İşğalçı Ermənistanda Paşinyan baş nazir seçilmədi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanda baş nazirin seçilməsi üçün parlamentin xüsusi iclası başlayıb.

Axar.az xəbər verir ki, iclası Ermənistan parlamentinin spikeri Ara Babloyan açıb.

***

Çıxış Blokunun nümayəndəsinin namizədləri ilə bağlı açıqlamasından sonra Nikol Paşinyan çıxışa başlayıb. O, baş nazir seçiləcəyi təqdirdə atacağı addımlardan danışır.

Paşinyan çıxışında bildirib ki, Robert Köçəryan və Serj Sərkisyan deputatlara mənə səs verməmələri üçün təzyiqlər edir: “Deputatlar bu şəxslərin təhdidlərinə tabe olmamalıdırlar. Əks təqdirdə qeyri-müəyyən hadisələr ola bilər”.

Nikol Paşinyan suallara cavab olaraq deyib ki, Ermənistanın yeni hakimiyyəti xarici siyasətdə dəyişikliklər etmək niyyətində deyil:

“Ermənistan mənim baş nazirliyim dönəmində də Avrasiya İttifaqı və KTMT-nin üzvü olaraq qalacaq. Bu, təkcə bir nəfərin yox, ümummilli hərəkatın məntiqi mövqeyidir. Rusiya Ermənistanın strateji tərəfdaşıdır və ümumxalq hərəkatı Ermənistan-Rusiyan münasibətlərinə təhdid yaratmır.

Biz Avropa Birliyi və üzvləri ilə münasibətləri dərinləşdirəcəyik. Biz AB ilə viza rejiminin liberalizasiyasına çalışacağıq. ABŞ-la dostluq münasibətlərinin yeni stimula ehtiyacı var. Çinlə münasibətləri inkişaf etdirəcəyik və hesab edirik ki, bu istiqamət çox vacibdir”.

***

Paşinyan çıxışında bildirib ki, biz bundan sonra da “erməni soyqırımı”nın tanıdılmasına çalışacağıq:

“Qarabağ konfliktinin beynəlxalq hüquq əsasında sülh yoluyla həlli çox vacibdir. Burada bizim üçün stereotiplər vacib deyil. Əsas məsələ Qarabağ xalqının öz taleyini müəyyən etmək hüququnun beynəlxalq aləm tərəfindən tanınmasıdır. Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq…

Zəmanət verirəm ki, baş nazir olacağım təqdirdə günü sabahdan Ermənistanda monopoliya olmayacaq, heç kimə idxalat üçün qadağa qoyulmayacaq. Yeni qanunlar tətbiq etməyəcəyik, sadəcə, qeyri-qanuni qadağaları ortadan götürəcəyik. Diaspordakı minlərlə erməni nəfəsini tutaraq Ermənistandakı vəziyyətin düzəlməsini gözləyir. Şübhə yoxdur ki, milyonlarla erməni Ermənistana qayıdacaq və milyardlarla investisiya gətirəcək. Bu təhlükəsizlik səviyyəsini, müdafiə qabiliyyətini artıracaq, Qarabağ konfliktinin ermənilərin xeyrinə həlli üçün imkanlar yaradacaq”.

***

Paşinyan bildirib ki, erməni xalqının birliyi Bakının Qarabağ məsələsinin hərbi yolla həll etməsinə mane olacaq:

“ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya düşünülməmiş addımlardan çəkinmək üçün təsir etməlidir”.

O, Qarabağ ətrafındakı rayonları Azərbaycana verilməsiylə bağlı adından yayılan ifadələrin dezinformasiya olduğunu da bildirib.

Paşinyan Qarabağ məsələsində heç bir kompromisə getməyəcəyini deyib.

***

Nikol Paşinyan parlamentdə suala cavab olaraq deyib:

“Mənim heç vaxt nə Saakaşvili, nə də Navalnı ilə birbaşa və ya dolayısı vasitələrlə heç bir kontaktım olub. Onlarla tanış deyiləm, şəxsən tanımıram. Məncə, bu, hər şeyi izah edir”.

***

Nikol Paşinyan: “Ermənistanın hərbi xərcləri regiondakı situasiyaya adekvat olmalıdır. Ermənistanın hərbi xərclərini artırmasına ehtiyac var. Biz bunu büdcə daxilolmaları ilə pararlel edə bilərik”.

***

Paşinyan çoxsaylı sualları cavablandırdıqdan sonra deputatların çıxışları başlayıb. Respublika Partiyasının deputatları artıq necə səs verəcəkləri ilə bağlı müzakirə aparırlar.

***

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, Paşinyanın Qarabağ üzrə danışıqlar prosesində heç bir konsepsiyası yoxdur:

“Xalq natiqi deyil, hökumətin başçısı seçilir. Heç kim sosial problemlərdən üz çevirmir. Korrupsiya da var, digər problemlər də. Baş nazir kim olursa olsun, ultimatumlarla danışmaq qəbuledilməzdir. Qarşılıqlı addımlar atılmalıdır”.

***

Müxalifətin namizədi Nikol Paşinyana səs verə bilmərəm.

Bu sözləri Ermənistanın keçmiş koalision partiyası olan Daşnaksütyunun deputatı Aqvan Vardanyan deyib.

“Mən Nikolun özünə inamını, qətiyyətini və fədakarlığını yüksək qiymətləndirirəm. Onun dürüstlüyünə inanıram. Lakin proseslərə şəxsi keyfiyyətlər yönündən yanaşmıram”, – Vardanyan bildirib.

***

Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçməyib.

Məlumata görə, iclasda 105 deputatdan 102-si iştirak edib və Paşinyanın lehinə 45 deputat, əleyhinə isə 56-sı səs verib.

Hakim Respublikaçılar Partiyası tam tərkibdə müxalif liderin əleyhinə səs verib.

Beləliklə, Ermənistan parlamenti N.Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən, 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın