Şənbə , Yanvar 17 2026
azfa

İşğalçı fars rejimin kimyəvi silahlar proqramını beynəlxalq ictimaiyyətdən gizlətdiyi açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim kimyəvi silahlar proqramını beynəlxalq ictimaiyyətdən gizlətməkdə günahlandırıldı. Bununla bağlı ABŞ-ın Kimyəvi Silahların Qadağanı Təşkilatındakı nümayəndəsi Kennet Uard açıqlama verərək, irqçi fars rejimi kimyəvi silahlar proqramını beynəlxalq ictimaiyyətdən gizli saxlamaqda günahlandırıb.

2018-ci il noyabrın 22-də Kennet Uard deyib: “Təəssüflər olsun ki, İran İslam Respublikası, kimyəvi qazlar istehsal edən təsisatlarının fəaliyyəti barədə bu təşkilata hər hansı bir hesabat verməyib və bu barədə apardığı proqramının detallarını təşkilatdan və beynəlxalq ictimaiyyətdən gizli saxlayıb.

ABŞ İranın bu sahədə qeyri-şəffaf fəaliyyətindən narahatdır. Hesab edirik ki, İranın əsəb qazının istehsalı ilə bağlı gizli bir proqramı var və bu xüsusda fəaliyyətini hələ də davam etdirir. ABŞ, İranın kimyəvi silahlar proqramına malik olduğunu “OPCW”dən gizli saxlamasından narahatdır. Amerhikanı narahat edən digər məsələlərdən biri də odur ki, İran mərkəzi sinir sistemini iflic edən kimyəvi maddələrin hücum məqsədilə istehsalını davam etdirir”.

ABŞ-ın nümayəndəsi həmçinin bildirib ki, İran 1980-ci illərdə Liviyaya kimyəvi silah ötürməsi barədə təşkilata məlumat verməyib və hətta Liviya 2011-ci ildə bu barədə məlumatı “OPCW”yə verdikdən sonra da susmaqdadır.

Həmçinin yoxlayın

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcək

GADTB: Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni …

İran etirazlarında ölənlərin sayı açıqlandı

GADTB: İranda 19 gündür davam edən etirazlarında öldürülən 2677 nəfərin kimliyi müəyyənləşdirilib. Bu barədə İran …

Bir cavab yazın