Cümə , Oktyabr 30 2026
azfa

İshaq Cəhangiri: “Urmiya gölünün quruması 10 milyon insanın həyatına təsir edəcək”

GADTB: İranın keçmiş prezidenti Həsən Ruhaninin administrasiyasındakı birinci vitse-prezident İshaq Cahangiri Urmiya gölünün hazırkı vəziyyətinə toxunaraq deyib: “Allah göstərməsin, Urmiya gölü quruyarsa, bu, ən azı 10 milyon insanın həyatına təsir göstərəcək”.

Cahangiri açıqlamasında deyib: “Urmiya gölü ilə bağlı bunun milli məsələ olduğunu qəbul etməliyik. Onu da bilməliyik ki, əgər Allah eləməsin, Urmiya gölü quruyarsa, bu, ən azı 10 milyon insanın həyatına təsir edəcək və ona görə ki, duzlu göldür, insanların həyatını təhlükəyə salacaq. Əlbəttə, Sistan və Bəlucistan əhalisinin də toz-torpaq problemi var və çətin şəraitdə yaşayırlar, lakin duzun dağılması insan sağlamlığından başqa, hətta bitkilərin böyüməsinə də təhlükə yarada bilər”.

Sabiq vitse-prezident qeyd edib ki, Urmiya gölü duzlu olduğu üçün insanları yaşamaq imkanından məhrum edə bilər.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …