
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın ötən gecə İsrailə raket və dron hücumundan sonra İranda narahatlıqlar pik həddə çatıb və İran bazarında hər ABŞ dolları 70 min tüməndən çox olub.
Qızıl və valyuta informasiya saytlarının məlumatına əsasən, Tehranın valyuta bazarında bu səhər hər ABŞ dolları 70 min 200 tümənə çatıb.
Qeyd edək ki, eyni zamanda bir avro 74.750 tümənə, ingilis funt-sterlinqi isə 87.250 tümənə çatıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi