İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini vurub.

“Əl-Ərəbiyyə” kanalı bildirib ki, İranın son hücumuna cavab olaraq, İsrail dünən səhər saatlarında üç F-35 qırıcı təyyarəsi ilə İsfahan əyalətindəki “Nətənz” nüvə obyektinin mühafizəsini həyata keçirən Rusiya istehsalı s-300 hava hücumundan müdafiə sistemi və radar sistemini vurub.

Bu haqda “ABC News” telekanalı yüksək rütbəli ABŞ rəsmisinə istinadən yazıb: “Aprelin 19-u səhər çox məhdud bir hücumda İsrail qırıcılarından İrandakı obyektə 3 raket atılıb”.

ABŞ rəsmisi də İran ərazisinə edilən hücum zamanı İsfahandakı “Nətənz” nüvə obyektinin hava hücumundan müdafiə sisteminin vurulduğunu təsdiqləyib.

İran isə iddia edib ki, Nüvə obyektlərinə xəsarət dəyməyib və onlar təhlükəsiz vəziyyətdədirlər.

Həmçinin yoxlayın

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs …

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …