
GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə keçməyə hazırdır.
Bu barədə “The Jerusalem Post” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri amerikalı həmkarlarına İranın ballistik raket proqramının mövcudluq təhlükəsi yaratdığı barədə xəbərdarlıq ediblər.
Qeyd olunur ki, İsrailin İranın raket imkanlarını və istehsal müəssisələrini dağıtmaq niyyəti bir sıra yüksək səviyyəli görüşlər zamanı səsləndirilib.
Hərbi rəsmilər əsas istehsal müəssisələrinə zərbələr də daxil olmaqla, Tehranın raket proqramını zəiflətmək üçün əməliyyat konsepsiyalarını açıqlayıblar./Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi