Şənbə , İyul 24 2021
azfa

İsrail Dəməşq yaxınlığında İran bazasını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin Dəməşq yaxınlığında İranın hərbi bazalarını vurub.

Suriya İnsan Haqları Təşkilatının bu barədə yaydığı məlumatda bildirilir ki, İrana aid bazaların vurulması nəticəsində 4 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Suriyanın rəsmi xəbər agentliyi isə İsrail ordusunun Dəməşq əyalətində yerləşən Əl-Huceyra və Əl-Ədliya qəsəbələrindəki iki məntəqə zərbələr endirildiyini açıqlayıb. Qeyd edək ki, son illərdə yüzlər dəfə İsrail İran bazalarını vurub və minlərlə terrorçu sepahçını məhv etmişdir. Lakin İran rejimi bir sıra avamı aldatmağa hesablanmış İsrailə qarşı söz hədələri ilə kifayətlənir və İsrailə qarşı əməli heç bir addım atmağa cəsarət etmir.

Həmçinin yoxlayın

Ermənistan ordusu atəşkəsi pozdu; azərbaycanlı əsgəri şəhid oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin …

İran rejimi azərbaycanlı fəal Əmir Səttarini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı fəal Əmir Səttari …

Bir cavab yazın