
GADTB: İsrail gecədən səhərə kimi Güney Azərbaycan şəhərlərində İranın hərbi obyektlərinə müxtəlif hücumlar həyata keçirib.
Şərqi Azərbaycan Qubernatorluğunun Böhran İdarəetmə Baş Direktoru bildirib:
İsrail bu gecə Bostanabadda dəmir yolu xəttini və başqa bir ərazini və Mərənd şəhərindəki dron zavodunu vurub.
İsrail hava qüvvələri Zəncandakı SEPAH bazalarına ağır zərbələr endirib
Yerli mənbələr İsrail qırıcılarının Zəncan şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun mövqelərinə geniş hava zərbələri endirdiyini bildirir.
Şərqi Azərbaycanın Leylan şəhəri ətrafından ən azı 6 partlayış səsi eşidilib.
Gecə saatlarında Təbrizdə sənaye şəhərciyinə də hava hücumu olduğu bildirilirdi.
Video: