Çərşənbə , Noyabr 11 2026
azfa

İsrail Güney Türkmənistanın Ağqala bölgəsində hərbi təyinatlı zavodu vurdu

GADTB: İsrail Hərbi Hava Qüvvələri Türkmənistanın Ağqala bölgəsində bölgəsində hərbi təyinatlı obyektə hava hücumu edib.

Vurulan həmin Yod Zavodu Türkmənistan Respublikasının sərhəddinə yaxın ərazidə yerləşir.

“Tohra” hüquq müdafiə təşkilatı X sosial şəbəkəsində (keçmiş Twitter) hadisə şahidlərinə istinadən fabrikin Sepah-ın nəzarətində olduğunu və burada sənaye fəaliyyəti ilə yanaşı, hərbi layihələrlə bağlı bəzi fəaliyyətlərin də aparıldığını bildirib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Qeyd edək ki, bu İranın ən şimal şərqində yerləşən hədəf olduğuna görə, İsrail qırıcılarının İran səmasına tam nəzarət etdiklərini göstərir.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …